Azərbaycan Tarixi Olduğu Kimi

ÜMUMİ BÖLMƏ

▪ Ana səhifə

▪ Layihə haqqında

▪ Forum

▪ Linklər

▪ Əlaqə

KİTABXANA

▪ Qədim tarix

▪ Orta əsrlər tarixi

▪ Yeni tarix

▪ Ən yeni tarix

▪ Etnoqrafiya

ŞƏKİLLƏR

▪ Qalalarımız

▪ Məbədlərimiz

▪ Daş kitabələr

AUDIO İNFO

▪ Aşıq musiqisi

▪ Muğamat

▪ Meyxana

▪ Bayatı

| آزرى | English | Русский |

▪ Ana səhifə

.:. Azərbaycan Tarixi - olduğu kimi .:. Ana səhifə

Köksüz soy olmaz, soysuz isə millət! .:. Нет корня - нет рода. Нет рода - нет нации! .:. No root – no kin. No kin - no nation!

  LAYİHƏ HAQQINDA

Bu səhifənin yaradılması ətəndaşlığından asılı olmayaraq hər azərbaycanlı tərəfindən öz Vətəninin tarixini bilmək vacibliyi ilə şərtləndirilmişdir

Bu elektron kitabxana geniş auditoriya üçün nəzərdə tutulub və həm tələbələr, həm də Azərbaycan xalqının tarixi, mədəniyyəti və məişətilə tanış olmaq istəyənlər üçün qiymətli mənbə olacaq. Səhifədə yerləşdirilən yazılar tarixşünaslıqda əvvəlki dövrlərdə hökm sürmüş siyasi konyekturadan azaddır... Daha ətraflı

  SİZ BİLİRSİZMİ Kİ...?

Новая страница 1

Araşdırdığımız asur yazılarından aydın görünür ki, turuk boyları m.ö. II minilin başlarında geniş ərazilərə nəzarət edən güclü boylar idi. Urmu gölü hövzəsində ayrı-ayrı bəyliklər şəklində yaşayan turuklar ayrıca dövlət qurmasalar da, regionda qüvvətli rəqib kimi qəbul olunurdu. Turuk boyları asur yazılarında m.ö. XIII əsrə qədər yad olunmuşdur. Onlar 1755-də Babil çarı Hammurapiyə qarşı vuruşmuş, Asur çarı I Adadnirari (1307-1275) hücumlarına məruz qalmışlar...Daha ətraflı

  YENİ YAZILAR

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  VACİB MÖVZU

AZ BOYU

AZ BOYU

Azərbaycan ölkəadının kökündəki azər boyadının yaranmasında əsas özək olan az boyu türk etnosu içində çoxsaylı soylardan biri idi. Aziya//Asiya adındakı paralellik kimi, az etnoniminin də as variantı geniş yayılmışdır. Belə yayılmanın səbəbi az//as boylarının vaxtilə qədim Azərbaycandan batı, quzey və doğu ölkələrə olan köçü ilə bağlıdır. Üç-dörd min ildir ki, bu boylar tarixi mənbələrdə xatırlanır, lakin onların etnik mənsubiyəti barədə elmi ədəbiyatda hələ də tutarlı son söz deyilməmişdir, halbuki az//as haqqındakı bəlgələr böyük bir monoqrafiya üçün kifayət qədər məlumat verir. Görünür, başqa millətlərin alimləri üçün o qədər də əhəmiyət kəsb etməyən bu problemin çözülməsi üçün xalqımızın və ölkəmizin adının yaranmasında mühüm yer tutan bu boyların tarixini özü­müz öyrənməliyik.

Bəllidir ki, hər hansı bir boyun adı onun daxil olduğu xalqın içində uzun müddət soyadı (etnonim) kimi yaşayır. Bu baxımdan, özbək, altay, qaraqalpaq və sair türk xalqlarının tərkibində uruq, soy, boy adı kimi işlənən az//as etnoniminə (4, 11, 19-20; 14, 240-247) və Göy-Türk yazılarında az budun (az xalqı) və az-kişi (az adamı) adına, Kuban epiqrafiyasında eren az ayırıltım (az ərənlərindən ayrıldım) ifadəsinə rast gəlmək olur.

Müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az//as komponentini yaşadan etnonimlər böyük maraq kəsb edir. Məsələn, başqort-katay boyundakı as, assı soyları, balkarların as adlanması, özbəklərin 32 əsas boyu sırasında A.Vamberinin as boyunu qeyd etməsi (3, 302), qırğızlarda azıq boyu, nəhayət, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması azların türklüyünə şübhə yeri qoymur. Lakin az boyunun geniş coğrafi ərazilərdə görünməsi onların etnik mənşəyi haqqında bəzi təd­qiqatçıların yanlış fikir söyləməsinə səbəb olmuşdur.

Belə ki, V.V.Bartold türkeşləri aztuxsi boylarının birləşməsi hesab etmiş (1, 585), Külteqin abidəsindəki azları (az budun) isə Yenisey ostyakları ilə eyniləşdirmişdir (1, 43). Z.V.Toğan bir yerdə asları saqaların tərkibində türk boyu kimi verirsə də (2, 39), digər yerdə onları qədimdən türklərə qarışmış bir iran qövmü, yaxud saqa və hunların içində əriyən bir irani tayfa adlandırır (2, 53, 422). Az//as boylarını hay-erməni (Qr.Kapan­syan, S.Petrosyan), osetin (V.İ.Abayev) və digər xalqlarla eyniləşdirənlər də vardır. Halbuki, bir-iki söz oxşarlığına əsaslanıb, belə ciddi elmi fikir söyləmək doğru deyil. Əgər oxşarlıq varsa, ən azı bu oxşarlıq həmin xalqın dilində və onomastikasında da sistem təşkil etməlidir.


daha ətraflı...

Azərbaycan xalqının yaranması Azər Boyu Xəzər boyu Gögər boyu

 

 

 

Geri Yuxarı İrəli"

 

 

Azərbaycan Tarixi Olduğu Kimi © 2005 Group A. Bütün hüquqlar qorunur.

Povered by TSW 1.1.2 & TusiSoft