|
.:. Azərbaycan Tarixi - olduğu kimi .:. Ana səhifə
|
|
|
VACİB MÖVZU |
|
XƏZƏR BOYU
XƏZƏR BOYU
Tarixi qaynaqlarda Xəzər adı
altında tanınan türk boylarının azər türkləri ilə əlaqəsindən danışmaq
üçün öncə Xəzər dövləti və onu quran boylar, ölkənin hüdudları, onların
qonşuları ilə olan münasibəti haqqında bəzi məlumatları burada, ötəri də olsa,
nəzərdən keçirmək lazım gəlir. Çünki müxtəlif tarixlərdə xatırlanan xəzər
boyları haqqındakı məlumatlar min ildən artıq bir dövrü əhatə edir və belə böyük
zaman kəsiyində onların yayıldığı ərazilərin zaman-zaman dəyişdiyini nəzərə
almayan bəzi Orta əsr salnaməçiləri və son iki əsrdə xəzər məsələsi ilə məşğul
olan bəzi alimlər müəyən yanlış fikirlər söyləmişlər. Hətta, vaxtilə ayrı-ayrı
alimlər xəzər boylarını abxaz, gürcü, erməni (hay), osetin, fin, rus və başqa
xalqlara aid etmişlər, ancaq xəzər problemi dərindən öyrənildikcə tarixi
gerçəklikdən uzaq olan belə fikirlər gündəlikdən çıxmışdır, lakin xəzərlərin
türk olması artıq şübhə doğurmasa da, onların hansı türk dialektində danışması
və ilkin yurdu barədə mübahisələr hələ də davam edir.
Maraqlı burasıdır ki, tarixən xəzərlərlə
yalnız dolayı yolla əlaqəsi olan millətlər özlərini Xəzər dünyasına bağlamaq
istədikləri halda və xəzər məsələsi ilə rus, macar, yəhudi və digər alimlər
məşğul olduğu halda, birbaşa qədim Azərbaycandan çıxan və adaşı azərlərlə eyni
kökdən olan xəzərləri azər alimləri öyrənmir, Türkiyədə nəşr olunan bir-iki
kitab istisna olmaqla, Orta Asiya türkoloqları da xəzər probleminə laqeyd
yanaşırlar. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda on ziyalıdan doqquzunun nə
xəzərlər, nə də Xəzər dövləti haqqında təsəvvürü belə yoxdur. Əlbəttə, bu
vəziyət əsasən sovet təhsil sisteminin xəzər məsələsi üzərinə qoyduğu tabunun
nəticəsidir, çünki vaxtilə məktəblərdə tədris olunan SSRİ tarixi proqramına
uyğun tarix dərsliyində Xəzər dövləti haqqında bir neçə cümlə ilə ötəri məlumat
verilirdi, Azərbaycan tarixi də xəzərləri yalnız ölkəmizə basqınlar edən vəhşi
köçərilər kimi təqdim edirdi. Əslində, həmin proqramları tərtib edənləri də
anlamaq lazımdır, çünki həqiqəti yazsaydılar, Xəzər dövlətinin tarixi fonunda
rusların «dövlətçilik tarixi» çox cılız görünərdi.
Xəzər dövləti güclü olduğu dönəmlərdə onun
hüdudları indiki adları ilə desək, batıda Azov dənizi, Krım və Dnepr çayı,
quzeydə Kiyev, Kazan şəhəri, doğuda Volqa çayının doğu yaxaları, güneydə
Dağıstan və Qafqaz dağları idi. Bəzi dövrlərdə isə güneydə Azərbaycanın bir çox
bölgəsi də Xəzər dövlətinə tabe olmuşdur. Başqa-başqa etnik tərkibli əhalidən
ibarət olan belə böyük əraziləri əsrlərlə nəzarət altında saxlamaq olduqca çətin
idi, lakin xəzərlərin hərbi manevr bacarığı o qədər qüvvətli idi ki, tabeliyində
olmayan xalqlardan da bac alırdı. Hətta Bizans və İran kimi imperiyalar da Xəzər
xaqanlığına vaxtaşırı xərac verirdi. Təsadüfi deyil ki, Xerson tarixini tədqiq
edən S.S.Boquş hələ keçən əsrin əvvəlində bu sözləri deyirdi: «Xəzərlərin
hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər
duyulmuşdur».
Əsrlərlə davam edən İran-Bizans
müharibələri əsas tranzit yolların Xəzər dövləti ərazisindən keçməsinə səbəb
olduğundan İran, Hind və Çindən Avropaya gedən yollara xəzərlər nəzarət edir,
İpək yolundan əldə etdikləri çoxlu vergi rüsumundan muzdlu əskərlərdən
ibarət böyük ordu saxlaya bilirdilər. Ölkədə çoxlu yaşayış məskəni və şəhərlər
salınırdı. Tarixçilər bunların sırasında İtil, Səməndər, Biləncər, Sarkel,
Kerç, Suvar, Bulqar, Baqandı və başqa şəhərlərin adını çəkir. Bəzi
şəhərlərin adı yazanın dilindən asılı olaraq, fərqli verilir. Məsələn,
Tamatarxa (yunan) – Tmutarakan (rus). Bəzən də şəhərin adı yazılan
dilə kalka şəklində tərcümə edilir; VIII əsrdən Xanbalık adlanan əvvəlki
Saraşen (ağ qala) şəhəri ərəbdilli mənbələrdə al-Bayda (ağ şəhər)
kimi verilmişdir.
daha ətraflı...

Azərbaycan xalqının yaranması Az boyu Azər Boyu Gögər boyu |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|